Ukrayna ordusu Rusiyanın işğalı altındakı şəhərə “Storm Shadow” raketləri ilə zərbə endirib - Yenilənib

İyunun 30-da səhər saatlarında Ukraynanın Rusiyanın işğalı altındakı Berdyansk şəhərində silsilə partlayışlar baş verib...

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Berdyansk şəhərini Britaniya istehsalı olan “Storm Shadow” raketləri ilə vurub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

“Report” TASS-a istinadən bildirir ki, ərazidə hava hücumundan müdafiə sistemləri işə salınıb.

Hadisə barədə hələ ki, əlavə məlumat yoxdur.

Qeyd edək ki, Berdyansk 2020-ci il fevralın 24-də başlayan müharibə nəticəsində işğal edilib.

Poliqon.info