Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları davam edir
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Tovuz şəhərində vətəndaşları qəbul edəcək. TQDK-dan verilən məlumata görə, qəbul sentyabrın 26-da saat 12.00-da Tovuz şəhər Olimpiya-İdman Kompleksində keçiriləcək. Qəbulda Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər.Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.- See more at: http://teleqraf.com/news/22686#sthash.gq3zh2sb.dpuf