“Çelsi” 18 yaşlı braziliyalı futbolçunu 15 milyon avroya alıb

“Çelsi” 18 yaşlı “Santos”un hücumameyilli yarımmüdafiəçisi Anjelonu heyətinə daxil edib...

Transfer məbləği 15 milyon avro olacaq. Müqavilə 2029-cu ilə qədər bağlanıb.

Məlumata görə, braziliyalı oyunçu London klubunda mövsümöncəsi məşq keçəcək, daha sonra oyun təcrübəsi toplamaq üçün icarəyə göndəriləcək.

Qeyd edək ki, futbolçu 2020-ci ildən "Santos"da çıxış edib. O, 129 oyun keçirib, 5 qol vurub, 10 məhsuldar ötürmə edib.

Poliqon.info