Azərbaycanlı diplomat Şeyx Əhmədlə görüşdü

Bu gün Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay beynəlxalq hava limanının sədri, Dubay Mülki Aviasiya İdarəsinin prezidenti, “Emirates Airline and Group” korporasiyasının rəhbəri Şeyx Əhməd bin Səid Əl Məktum ilə görüşüb
Xarici İşlər Nazirliyindənverilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay Əmirliyi arasında aviasiya sahəsində əməkdaşlıq perspektivlərinə, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanlı diplomat həmsöhbətinə son illər ölkəmizin əldə etdiyi nailiyyətləri və inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş aerovağzal kompleksi barədə ümumi məlumat verib.Öz növbəsində, Şeyx Əhməd bin Səid Əl Məktum Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşmüş və 2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfəri zamanı onunla görüşdüyünü xüsusilə qeyd edib.Görüşün sonunda tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.