Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə yarışacaqlar

Polşada təşkil olunan III Avropa Oyunları davam edir...

“Report”un məlumatına görə, yarışın onuncu günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Ölkə təmsilçiləri atıcılıq, badminton və çimərlik futbolunda qüvvələrini sınayacaqlar.

Atıcılıq

11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov

11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): Ülviyyə Eyvazova, Aydan CamalovaBadminton

13:00. Kişilər (fərdi, 1/8 final): Edi Reski Dviçayo – Kalle Kolyonen (Finlandiya)

13:00. Qadınlar (fərdi, 1/8 final): Keyşa Fatime Zəhra – Jenjira Stadelmann (İsveçrə)

Çimərlik futbolu

18:00. Kişilər. A qrupu, III tur: Azərbaycan - İspaniya

Poliqon.info