Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb...

Poliqon xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb.

Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.

Polqon.info