İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb...

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məsim oğlu və 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Poliqon.info