Mingəçevirdə kanalizasiya quyusundan meyit tapılıb - Yenilənib

İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

Mingəçevir şəhərində kanalizasiya quyusundan meyit tapılıb.

"Report" xəbər verir ki, meyitin şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədova aid olduğu məlum olub.

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info