Mingəçevirdə kanalizasiya quyusunda meyit tapılıb

Mingəçevirdə meyit tapılıb...

APA xəbər verir ki, Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib.

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info