Xaçmaz və Şabranda iki nəfər qohumları tərəfindən bıçaqlanıb

Xaçmaz və Şabran rayonlarında iki nəfər bıçaqlanıb.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisələrdən biri Xaçmazın Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Elyar Cəfər oğlu toy mərasimi zamanı dayısı tərəfindən bıçaqlanıb.

Digər hadisə isə Şabran rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Rayon sakini 1988-ci il təvəllüdlü Fəhlilov Muzəffər Mahmud oğlu torpaq üstündə qohumu tərəfindən bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Hadisələrlə bağlı araşdırma aparılır.

Poliqon.info