Bakıda avtobus dayanacağında meyit tapıldı

Bakı şəhərində kişi meyiti tapılıb
Paytaxtın Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, metronun "28 May" stansiyası yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılıb. Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir.Hazırda polis ölən şəxsin kimliyini araşdırır.