Elton Con İngiltərədə son konsertini verib

Britaniyalı musiqiçi Elton Con vətənində son çıxışını edib...  

“Report” xəbər verir ki, konsertin yeri kimi Qlastonberi musiqi festivalı seçilib. Proqram iyunun 25-də baş tutub.

Eltona festivalın ən nüfuzlu məkanı olan piramida səhnəsi, həmçinin bu il Qlastonberidə sonuncu çıxış etmək şərəfi verildi.

76 yaşlı musiqiçi səhnəyə qızılı rəngli kostyumda və ənənəvi eynəyində çıxıb.

Sənətçi pianoda bir çox hitlərini ifa edib. Eyni zamanda, o, tək çıxış etməyib - səhnəyə bir neçə məşhur qonaq dəvət olunub. Söhbət “The Killers” qrupunun solisti Brendon Flauerse və müğənni Rina Savayamadan gedir.

Konsert “Rocket Man” mahnısı və atəşfəşanlıqla sona çatıb, festival bu şəkildə rəsmi olaraq yekunlaşıb.

Poliqon.info