Avtovağzalda nəzarət gücləndirildi... - Video

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Poliqon.info bildirir ki, bu barədə "Xəzər Xəbər"ə Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

Tural Orucov bildirdi ki, vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin onlayn qaydada əldə edə bilərlər.

Bildirildi ki, hazırda 175 nəqliyyat vasitəsi portalda qeydiyyatdadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Poliqon.info