Luqansk Britaniya istehsalı olan raketlərlə vurulub

Ukraynanın işğal altındakı Luqansk vilayətində partlayış səsləri eşidilib.

“Report” verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Ərazinin Britaniya istehsallı “Storm Shadow” raketləri ilə vurulduğu iddia edilir.

Təfərrüatlar hələ ki, məlum deyil.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.

Poliqon.info