Uğursuz qiyamdan sonra Priqojin hamıya salam yollayıb...

Lukaşenko ilə əldə olunan razılaşmalara əsasən, Priqojin Belarusa getməlidir...

Aleksandr Lukaşenko danışıqlar apardıqdan və əldə olunan razılaşmaya əsasən qiyamçıları geri çəkən “Vaqner” ÖHŞ-nin lideri Yevgeni Priqojindən gün ərzində heç bir xəbər olmayıb.

Poliqon xəbər verir ki, buna görə də RTVI telekanalının jurnalistləri onun mətbuat xidmətindən Priqojinin hara yoxa çıxdığını soruşublar. Mətbuat xidmətindən cavab veriblər ki, “Vaqner” lideri ilə hələ əlaqə saxlamayıblar. Lakin sonuncu əlaqə zamanı Priqojin hamıya salam yollayıb:

“O, hamıya salamlarını göndərir və normal vəziyyət yaranandan sonra onunla ünsiyyətdə olmaq istəyənlərin suallarına cavab verəcək”, deyə Mətbuat Xidmətindən bildiriblər.

Poliqon.info