Priqojinin qiyamı Afrikada və Yaxın Şərqdə Rusiyanı zəiflədəcək...

“Vaqner”in qiyamı ABŞ-ın Yaxın Şərq və Afrikada muzdlu qüvvələri zəiflətmək səylərini gücləndirəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

“Vaqner qrupu” Liviyadan Mərkəzi Afrika Respublikasına və Malidən Sudana kimi bir çox ölkədə fəaliyyət göstərir. Bütün muzdlular rus deyil, Priqojin özünün ən böyük əməliyyat bazası olan Suriyadan fəal şəkildə döyüşçülər cəlb edir.

Agentlik yazır ki, əvvəllər “Vaqner” Putinin “pəncəsi” kimi hərəkət edirdi və Rusiyanın uzaq xaicdə geosiyasi məqsədlərinə nail olmaq üçün istifadə edilirdi. Bu Moskvaya uzaq münaqişələrdə birbaşa iştirakını inkar etməyə imkan verirdi. Bloomberg qeyd edir ki, ÖHŞ həmçinin regional liderlərin maraqlarına xidmət edirdi. Məsələn, BƏƏ və Misirin muzdlularla çoxdan əlaqələri var. Onların vasitəsilə bu ölkələr Liviya üsyançılarının liderini dəstəkləyir.

Bloomberg yazır ki, Putinin keçmiş aşpazının qiyamı bəzi ərəb liderlərini “Vaqner”lə əlaqəli olduqları üçün indi yöndəmsiz vəziyyətdə qoyur. Məqalədə deyilir ki, bu, ABŞ-ın Yaxın Şərq və Afrikada muzdlu qüvvələri zəiflətmək səylərini gücləndirəcək.

Poliqon.info