“Vaqner” qiyama qalxdı, Tokayev Təhlükəsizlik Şurasını təcili topladı...

Qazaxıstan Prezidenti Tokayev Rusiya Federasiyasında baş verən hadisələrlə əlaqədar respublikanın Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Vaqner” lideri Yevgeni Priqojinin Rusiyadakı silahlı üsyanı səbəbindən Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Poliqon xəbər verir ki, iclasda Qazaxıstanın əsas güc strukturlarının və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

“Dövlət başçısı Rusiya Federasiyasındakı vəziyyətlə əlaqədar tapşırıqların icrası ilə bağlı tədbirlər haqqında baş nazirin, baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin rəhbərinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin məruzələrini dinləyib", deyə Tokayevin mətbuat xidməti bildirib.

Qazaxıstan prezidenti hesab edir ki, Rusiyada baş verənlər qonşu ölkənin “daxili işidir”. Eyni zamanda o vurğulayıb ki, Rusiya “Qazaxıstanın strateji tərəfdaşı” olduğu üçün Astana orda baş verənləri diqqətlə izləyir.

Tokayev Qazaxıstan təhlükəsizlik qüvvələrini Rusiyadakı vəziyyət fonunda ölkədə yarana biləcək istənilən “böhran vəziyyətləri təhlükəsinə” hazır olmağa çağırıb.

Poliqon.info