CNN: ABŞ Priqojin üsyanı zamanı Rusiyanın nüvə mövqeyində dəyişiklik hiss etməyib...

“Vaqner” ÖHŞ-nin lideri Yevgeni Priqojin Kreml rəhbərliyinə qarşı üsyana başlayandan bəri ABŞ Rusiyanın nüvə mövqeyində heç bir dəyişiklik görməyib...

Poliqon xəbər verir ki, bu barədə CNN iki amerikalı məmura istinadən məlumat yayıb.

“Rusiya nüvə qüvvələrinin yerləşdiyi yerdə heç bir dəyişiklik müşahidə etmirik... Nüvə qüvvələrimizin mövqeyini tənzimləmək üçün heç bir əsas yoxdur. Bizim Rusiya ilə nüvə məsələləri üzrə çoxdankı, yaxşı qurulmuş kommunikasiya kanallarımız var”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Dövlət Departamenti Rusiyanın nüvə silahlarına görə xüsusi məsuliyyət daşıdığını qeyd edib.

“Rusiya nüvə dövləti kimi öz nüvə qüvvələrinin komandanlığını, nəzarətini və mühafizəsini təmin etmək, həmçinin strateji sabitliyə təhlükə yaradan heç bir addımın atılmamasını təmin etmək üçün xüsusi məsuliyyət daşıyır”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, ABŞ Rusiyadakı vəziyyəti izləməkdə davam edir: “Moskvadakı səfirliyimiz açıqdır, biz onunla müntəzəm əlaqə saxlayırıq və hazırda onun əməliyyat rejimi olduğu kimi qalır”.

Piloqon.info