Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Ukraynanın şərqindəki silahlı qüvvələri eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib...

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

O, bildirib ki, Orexovo-Vasilovka, Baxmut, Boqdanovka, Kurdyumovka istiqamətində müəyyən uğurlar var.

“Hücumun bütün istiqamətlərində ağır döyüşlər davam edir. Müdafiədə olan düşmən bizim hücumumuzu dayandırmaq üçün çoxlu səylər göstərir”, - Malyar bildirib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya ordusu xeyli canlı qüvvə, silah və texnika itkisi verir.(oxu.az)

Poliqon.info