Rostov rəhbərliyi sakinləri evlərini tərk etməməyə çağırıb

Rostov administrasiyasının rəhbəri Aleksey Loqvinenko şəhər sakinlərinə “hərbi texnikanın küçələrdən mümkün keçidi” ilə bağlı müraciət edib...

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, insanları təhlükəsizlik məqsədilə evlərini tərk etməməsini, şəhərin mərkəzinə getməməyə çağırıb.

"Təhlükəsizliyiniz üçün evlərinizdən çıxmayın, Rostovun mərkəzinə səfər etməyin və uşaqları nəzarətsiz qoymayın", - qubernator teleqram kanalında yazıb.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rostovda bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində şəhərdə mülki və hərbi idarəetmə orqanlarının fəaliyyətinin iflic olduğunu açıqlayıb və bununla bağlı lazımi tədbirlər görüləcəyinə söz verib. Rostov vilayətində bütün bayram tədbirləri ləğv edilib.

Poliqon.info