İyulun 16-da uşaq musiqi məktəblərinə işə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək...

Poliqon xəbər verir ki, imtahan iyulun 16-da təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Poliqon.info