Xarici diplomatlar Zabuxda olublar - Yenilənib

Laçın səfəri çərçivəsində diplomatik korpus nümayəndələri Zabux kəndində də olublar...

APA xəbər verir ki, onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib.

Qeyd edilib ki, hazırda isə Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.

Diplomatların diqqətinə çatdırılıb ki, Zabux 245 ailəlik kənd yaşayış məntəqəsidir.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələri Laçın şəhərinin girişində, Həkəri çayının sahilində salınan bulvarla tanış olublar.

"Report"un məlumatına görə, diplomatların daha sonra Zabux kəndinə səfəri nəzərdə tutulub.

Xatırladaq ki, səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri ilə tanışlıq məqsədi daşıyır.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələri Laçın şəhərində Bayraq meydanı ilə tanış olublar.

"Report" xəbər verir ki, qonaqlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı məlumat verilib.

Bildirilib ki, yenidənqurma işləri zamanı binaların ilkin görkəminin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

"Report" xəbər verir ki, səfərdə 33 ölkədən nümayəndələr - 60 diplomat və onların ailə üzvləri, eləcə də hərbi attaşelər iştirak edirlər.

Səfər zamanı Laçın şəhəri 1 Dekabr küçəsində inşa edilmiş ilk yaşayış məhəlləsinə baxış keçirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 binada bərpa işləri aparılır. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Bundan başqa, 71 inzibati bina yenidən qurulur.

Poliqon.info