The Spectator: Ölkə daxilində Priqojini dəstəkləyən insanlar ola bilər...

Moskvadakı çaxnaşma reaksiyası onu deməyə əsas verir ki, ölkə daxilində Priqojini dəstəkləyən insanlar ola bilər ki, bu da işin nəticəsinə qeyri-müəyyənlik əlavə edir...

Poliqon xəbər verir ki, bu barədə The Spectator nəşri yazır.

Nəşr qeyd edir ki, hadislərin inkişafında üç variant mümkündür: Priqojinin 1. Moskvadakı çevrilişi uğursuz olacaq;

2. Priqojin regional bazanı ələ keçirib saxlamağa nail olacaq və bu da vətəndaş müharibəsinə gətirib çıxaracaq;

3. Proqjin əsir düşəcək və öldürüləcək, bu da Rusiyada amansız repressiyalara və avtoritarizmə doğru dönüşə gətirib çıxaracaq.

Nəşr yazır ki, Rusiya tarixində gözlənilməz nəticələrə malik uğursuz çevrilişlərin zəngin ənənəsi var və Putin özü də Kornilovun 1917-ci ildə hərbi çevriliş cəhdi ilə yaranan təhlükəli paralelləri yaxşı bilir.

The Spectator qeyd edir ki, Rusiya 1991-ci ildən bəri yaşamadığı dərin böhran içindədir və Putinin rəhbərliyinə bu çağırışın nəticəsi qeyri-müəyyən olaraq qalır.

Poliqon.info