Kadırov Priqojinin qiyamını “mənfur xəyanət” adlandırıb...

Kadırov Çeçenistan təhlükəsizlik qüvvələrinin “gərginlik zonasına” göndərildiyini də bildirib...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner”in qiyamı ilə bağlı susqunluğunu pozub. Açıqlamasında Kadırov qiyamı “mənfur xəyanət” kimi dəyərləndirib

“Çeçenistandakı Müdafiə Nazirliyinin və Rusiya Qvardiyasının döyüşçüləri “gərginlik zonasına” yola düşüblər”, deyə Çeçnistan lideri respublika Telegram kanalında yazıb.

“Rusiyanın birliyini qorumaq və dövlətçiliyini qorumaq üçün hər şeyi edəcəyik! Üsyan yatırılmalıdır və bunun üçün sərt tədbirlər lazımdırsa, deməli biz hazırıq!” deyə Kadırovəlavə edib.

Ramzan Kadırov hadisəni “iyrənc bir xəyanət” kimi dəyərləndirərək qeyd edib ki, bu Rusiyaya arxadan vurulan zərbədir.

“Baş verənləri Rusiyay arxadan vurulan bıçaqdır və bu əsl hərbi qiyamdır”, - deyə Çeçenistan rəhbəri vurğulayıb.

Poliqon.info