Putin: Rusiya vətəndaşı olaraq ölkəni müdafiə etmək üçün hər şeyi edəcəm...

Rusiya prezidenti Vladimir Putin Yevgeni Priqojin və “Vaqner”in üsyan cəhdi ilə bağlı ölkəninin təhlükəsizliyini müdafiə edəcəyinə söz verib...

Poliqon xəbər verir ki, Rusiya prezidenti bu barədə xalqa videomüraciətində deyib.

“Ölkənin müdafiəsi üçün hər şeyi edəcəm”, deyən Vladimir Putin müraciətində bunu Rusiya prezidenti və Ali Baş Komandan kimi edəcəyini qeyd edib.

Dövlət başçısı həmçinin konstitusiya quruluşunun, vətəndaşların həyatının, təhlükəsizliyinin və azadlığının qorunmasının vacibliyini vurğulayıb.

Putin həmçinin qeyd edib ki, “Vaqner”döyüşçülərinin mülki və hərbi hakimiyyət orqanlarının işini əngəllədiyi Rostovda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.

Prezidentin sözlərinə görə, bunula bağlı Silahlı Qüvvələrə və digər dövlət orqanlarına əlavə tapşırıqlar verilib.

Poliqon.info