Rövnəq Abdullayev işçiləri üçün yeni yaşayış kompleksi tikdirir

“Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”
Azvision.az xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.O həmçinin vurğulayıb ki, bundan başqa mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün də şərait yaradılır: “Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığı, istirahəti, sosial-məişət məsələləri də daim diqqət mərkəzindədir. 2007-ci ildən indiyədək ev növbəsinə dayanmış 2000-dən artıq neftçi şirkətimizin inşa etdiyi yeni mənzillərlə təmin edilib.Növbədə olan əməkdaşların yaşayış sahəsi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi yaradılıb, qısa müddətdə 3 bina inşa edilərək istifadəyə verilib. Daha 3 binada isə tikinti işləri davam etdirilir. Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”, -deyə əlavə edib.