Putin: İndi xalqımızın taleyi həll olunur və bütün qüvvələrin birliyi tələb olunur...

Rusiya prezidenti silahlı qiyam qarşısında xalqı birliyə çağırıb...

Poliqon xəbər verir ki, Rusiya prezidenti bu çağırışı bu gün hərbi qiyamla bağlı səhər saatlarında xalqa müraciətində edib.

Rusiya prezidenti Vladimir Putin Yevgeni Priqojin və Vaqner ÖHŞ-nin silahlı üsyanı ilə bağlı çıxışı zamanı deyib ki, bu gün birliyi parçalayan və bizi daxildən sarsıda biləcək bütün fitnələrdən imtina etmək lazımdır.

“İndi xalqımızın taleyi həll olunur və bütün qüvvələrin birliyi tələb olunur”, deyə Putin bildirib.

Poliqon.info