Ukrayna ordusunun əks-hücumu niyə ləng gedir?..

Ukrayna ordusunun əks-hücum hava hücumundan müdafiə və aviasiya çatışmazlığı səbəbindən yavaş və ləngdir...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Qəzeti yazır ki, Ukrayna ordusunun əks hücumu “gözləniləndən daha yavaş və ləngdir”. Əsas səbəb isə yetərincə hava hücumundan müdafiə sisteminin və aviasiyanın olmamasıdır.

“Kifayət qədər hava hücumundan müdafiə sistemləri, kifayət qədər döyüş təyyarələrin olmaması əks-hücumu ləngidir”, deyə nəşr yazır və qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski əks-hücumdan əvvəl məhz bu silahları Qərb müttəfiqlərindən təcili tələb edirdi.

Nəşr buna sübut kimi Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən birinin hava hücumundan müdafiə sistemlərinin olmamasından şikayətçi olan sözlərini göstərir. “Ruslar 8 kilometr məsafədən helikopterlərdən bizə atəş açanda bizim onlara cavab verəcək heç bir şeyimiz yoxdur”, deyə ukraynalı əsgər bildirib.

“Ukraynalılar indiyədək cənuba və şərqə Qərbin hərbi texnikası ilə təchiz edilmiş yalnız az sayda qoşun göndərib”, deyə məqalədə qeyd olunur. Qəzet qeyd edir ki, əsgərlər irəliləyişlərin gözlədiklərindən daha yavaş olduğunu təsdiqləyirlər.

Poliqon.info