Çonqar körpüsünə deyildiyindən daha çox ziyan dəyib...

Körpünün açılması 15-20 gün çəkə bilıər...

Çonqar körpüsü atəşə tutulduqdan sonra gözləniləndən çox zərər çəkib.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Xerson vilayətinə təyin etdiyi “qubaernayor əvəzi” Vladimir Saldo bildirib.

“Çonqar körpüsündə nəqliyyatın hərəkəti 15-20 gün ərzində açılmayacaq, çünki körpüyə ciddi ziyan dəyib”, deyə Saldo bildirib.

Qeyd edək ki, Çonqar körpüsü Xerson vilayəti ilə Krımı birləşdirən quru yol üzərindədir. Bir gün əvvəl Ukrayna ordusu körpünü atəşə tutub. Analitiklər bildirir ki, körpünün atəşı tutulması Ukraynanın yaxın günlərdə məhz bu istiqamətdən hücuma keçəcəyinə işarə edir.

Poliqon.info