Avropa Oyunları: Zaretska finala yüksəlib, Qurbanlı gözləyir

68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib...

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.

O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.Qeyd edək ki, bu gün, həmçinin, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq.

Poliqon.info