Almaniya kansleri Ərdoğana müraciət etdi: "Avropa təhlükə altındadır..."

Almaniya kansleri Olaf Şolts iyunun 29-30-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Şurasının iclasından əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edi...

Poliqon xəbər verir ki, alman lider Türkiyə prezidentini İsveçin NATO-ya üzvlük yolunu açmağa çağırıb.

Rusiyanın Ukraynadakı müharibəsi səbəbilə Avropanın təhlükə altında olduğunu bildirən Şolts İsveçin NATO üzvlüyünü də bu kontekstdə gündəmə gətirib: "Mən əminəm ki, İsveç Finlandiya ilə yanaşı NATO sammitində masa arxasında olmalıdır. Mən Türkiyədə yenidən seçilən prezident Ərdoğanı keçən il Madriddə razılaşdığımız kimi İsveçin tamhüquqlu üzvlüyünə yol açmağa çağırıram.

Ukraynaya kömək etməyə davam edəcəklərini təkrarlayan Şolts müharibə davam etdikcə Kiyevin NATO-ya daxil olmasının mümkün olmadığını bildirib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində bəzi Alyans ölkələri, xüsusən də ABŞ İsveçin ittifaqa qoşulması ilə bağlı istəklərini daim gətirib. Son vaxtlar İsveçdən bu kontekstdə tez-tez açıqlamalar verilsə də, həftənin əvvəlində Londonda Türkiyə xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında keçirilən görüşdə də bu məsələ müzakirə mövzusu olub. İsveç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra neytrallıq siyasətindən əl çəkərək NATO-ya müraciət edib, Türkiyə isə bu ölkədəki terror təşkilatlarının fəaliyyətini əsas gətirərək buna etiraz edib. İsveç Türkiyənin istəklərini yerinə yetirmək üçün nəhayət bu ayın əvvəlində yeni terror qanunu qəbul etmişdi.

Poliqon.info