İlon Maskın anası Mark Zukerberqlə döyüşünü ləğv edib

Amerikalı iş adamı İlon Maskın anası Mey Mask “Meta Corporation”ın rəhbəri Mark Zukerberqlə oğulu arasında qəfəs döyüşünü ləğv etdiyini bildirib...

Poliqon xəbər verir ki, iki texnologiya nəhənginin rəhbəri Las-Veqasda qəfəsdə mübarizə aparacaqlarına söz vermişdilər.

“Əslində, mən döyüşü ləğv etdim. Bunu hələ onlara deməmişəm. Amma hər ehtimala qarşı döyüşün ləğv olunduğunu deməyə davam edəcəyəm”, deyə xanım Mask "Twitter"də yazıb.

Mey Mask əlavə edib ki, İlon Mask və Mark Zukerberq arasındakı duel yalnız sözlə getməlidir: "Kim daha əyləncəlidirsə, o qalib gələr".

Bir gün əvvəl İlon Mask tvitində Marl Zukerberqlə “qəfəs döyüşünə hazır olduğunu” yazıb. "Meta" rəhbəri uyunun 21-də "Instagram"da ona “Mənə koordinatları göndər” deyə cavab verib. Milyarderlər döyüşün Las-Veqasda keçirməyə razılaşıblar.

Poliqon.info