Elçibəyin 85 illiyi münasibəti ilə şahmat turnirinə start verildi - Foto

Turnir sonunda final mərhələsinə çıxan 16 gənc şahmatçıya diplomlar təqdim edilib...

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 85 illiyi münasibəti ilə planlaşdırılan tədbirlər silsiləsinə bu gün Bakı şəhərində gənclər arasında keçirilən şahmat turniri ilə start verilib.

Tədbirin təşəbbüskarı və təşkilatçısı Milli Hərəkatçılar Birliyidir.

Qatılanların çoxluğu və xüsusi maraqla diqqət çəkən turniri MHB başkanı Arif Acaloglu qısa giriş nitqi ilə açıq elan edib. Yarış iştirakçılarına uğur arzulayan MHB başkanı gənc nəsildə və uşaqlarda olan Elçibəy sevgisinin təqdirəlayiq olduğunu, turnirə yüksək maraq və diqqətdən məmnun olduğunu söyləyib. Daha sonra yarış başlanıb.

Turnir sonunda final mərhələsinə çıxan 16 gənc şahmatçıya diplomlar təqdim edilib.

Qeyd edilib ki, əsas yerlərin sahibləri 24 iyun saat 15:00-da "Xudafərin Şadlıq Sarayı”nda keçiriləcək "Əbülfəz Elçibəy-85” tədbirində mükafatlandırılacaq və tutduqları yerlərə uyğun medallarla təltif ediləcəklər.

Poliqon.info