Türkiyənin xəzinə və maliyyə naziri faiz dərəcəsinin artırılmasının səbəbini açıqlayıb

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ölkənin Mərkəzi Bankın faiz dərəcəsini 8,5 %-dən 15%-ə yüksəltməsini şərh edib...

O qeyd edib ki, qarşıdakı dövrdə ölkədə yürüdüləcək iqtisadi siyasət bu anlayış ətrafında formalaşacaq.

Nazirin sözlərinə görə, yeni addımlar Türkiyə iqtisadiyyatına gələcəkdə böyük sərmayələrin cəlb olunmasına səbəb olacaq: “Bu, investisiyaların və istehsalın maliyyələşdirilməsini xeyli asanlaşdıracaq, türk lirəsinin sabitliyini bərpa edib etibarlı valyutaya çevrilməsini təmin edəcək. Pulumuzun sabit və etibarlı olması dollarlaşma bəlasının qarşısını almaq üçün ən təsirli həll yoludur.”

Poliqon.info