Hindistanda “hamilə kişi” 36 il qarnında əkizini daşıyıb...

Hindistanın Naqpur şəhərində bir kişidə qeyri-adi patologiya aşkarlanıb...

Poliqon xəbər verir ki, bu barədə məlumat yayan Daily Star nəşri yazır ki, uşaqlıqdan oğlanın böyük bir qarnı olub və yaşlandıqca qarnı daha da böyüyüb. Qonşuları oğlana elə uşaqlıqdan “hamilə kişi” ləqəbini veriblər.

Gənc ailəsini dolandırmaq üçün fermada çox çalışdığı üçün həkimlərə getməyə nə vaxtı, nə də imkanı olub. Yalnız şiş onun nəfəs almasına mane olmağa başlayanda mütəxəssislərə müraciət edib.

Mumbaydakı klinikanın həkimləri 36 yaşlı xəstənin mədəsində şiş olduğunu düşünüblər. Lakin əməliyyat zamanı məlum olub ki, Sanju Bhaqatda “embriondakı embrion” adlı anomaliya var. 36 il müddətində Sanjunun əkiz qardaşı onun daxildə parazit kimi inkişaf edib.

Mütəxəssislər bildirib ki, belə bir patologiyanın 500 000 diri doğulan uşaqdan birində baş verir.

Əməliyyatdan sonra Sanju tez sağalıb və fermada öz işinə qayıdıb.

Poliqon.info