Mark Zukerberq İlon Mask riqndə döyüşəcəklər...

Mark Zukerberq İlon Maskın rinqdə döyüş çağırışını qəbul edib...

Amerikanın Meta korporasiyasının baş direktoru Mark Zukerberq biznesmen və “Tesla”, “SpaceX” və Twitter-ın sahibi İlon Maskla rinqdə döyüşməyə hazır olduğunu bildirib.

Poliqon xəbər verir ki, Zukerberq bu barədə sosial şəbəkələrdəki paylaşımında yazıb.

Qeyd olunur ki, dünyanın iki ən populyar sosial şəbəkə liderləri arasında münaqişə Meta-nın Twitter-in birbaşa rəqibinə çevrilməli olan “Project 92” kod adlı əlavənin hazırlanmasına başlandığını elan etməsindən sonra baş verib. Buna cavab olaraq Mask öz Twitter hesabında Zukerberqə qarşı təhqirlər yazmağa başlayıb və sonda onu rinqdə görüşməyə dəvət etdi.

Ciu-citsu ilə məşğul olan Meta direktoru sahibkarla döyüşməyə hazır olduğunu təsdiqləyərək ona cavab yazıb: “Döyüş üçün yeri təyin elə”.

Twitter-in sahibi də öz növbəsində gəncliyində amansız küçə döyüşlərində iştirak etdiyini, ona görə də döyüşə hazır olduğunu bildirib.

Poliqon.info