Daşkəsənə yağan dolu fəsadlar törədib

Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir...

Daşkəsən rayonuna dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, səhər saatlarında yağan dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.

Həmçinin avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Poliqon.info