London Ukraynanın NATO-ya tez bir zamanda daxil olmasını dəstəkləyir...

Böyük Britaniya Ukraynanın NATO-ya daxil olması prosedurunun sürətləndirilməsinə yönəlmiş qərarları dəstəkləyəcək...

Poliqon xəbər verir ki, bu bəyanatla iyunun 21-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çıxış edib.

Britaniya diplomatiyasının rəhbərinin sözlərinə görə, onlar Ukraynanın necə inkişaf etdiyini və sürətlə dəyişdiyini görürlər. Kleverli NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın bloka üzvlüyünə hazırlıqla bağlı fəaliyyət planının bir çox müddəalarının artıq icra olunduğu barədə bəyanatını xatırladıb.

Nazir həmçinin qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması üçün belə planlar irəli sürülməyib, ona görə də Londonun Ukraynanın bu cür planın həyata keçirilməsindən alyansa qoşulması prosedurunun növbəti mərhələsinə keçməsini müdafiə etməyə hazır olduğunu bildirib.

Poliqon.info