Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Çinarə Fəxrəddin qızı Süleymanova iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024) 275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Poliqon.info