Azərbaycan çempionatında legioner limiti açıqlanıb

Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin oyunçu limitləri bəlli olub...

Apasport.az xəbər verir ki, I Liqa 13 sentyabrda start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından 1 gün sonra – 5 avqustda başlayacaq. Burada limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst (legioner də ola bilər) olacaq.

Poliqon.info