Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb...

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yardıma 1000 ədəd 155 milliimetrlik artilleriya sursatı, 155 millimetrlik dəqiqliklə idarə olunan döyüş sursatları, MAN HX81 çənləri üçün iki traktor və onlar üçün qoşqu, həmçinin sərhəd patrul xidməti üçün 6 maşın daxildir.

Rəsmi Berlin Kiyevə həm də “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər göndərəcək.

Poliqon.info