Çindən Si Szinpini diktator adlandıran Baydenə sərt cavab

Rəsmi Pekin Çin lideri Si Szinpini diktator adlandıran ABŞ prezidenti Co Baydenin bəyanatlarını "son dərəcə absurd və məsuliyyətsiz" adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.

XİN rəsmisi deyib ki, Baydenin şərhləri “tamamilə faktlarla ziddiyyət təşkil edir, diplomatik protokolu ciddi şəkildə pozur və Çinin siyasi ləyaqətinə ciddi zərbə vurur”.

"Bu, açıq-aşkar siyasi təxribatdır. Çin kəskin narazılığını və etirazını bildirir. ABŞ-ın açıqlamaları son dərəcə absurd və məsuliyyətsizdir", deyə Ning bildirib.

Daha əvvəl Co Bayden Kaliforniyada keçirilən ianə aksiyasında deyib ki, Si Szinpin ABŞ-ın Şərq Sahilində Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu iddia edilən Çin casus şarı ilə bağlı son gərginlikdən xəcalət çəkir. "Bu, diktatorlar üçün böyük ayıbdır".

Poliqon.info