Mübariz Qurbanlı: Qurban bayramı ilə bağlı Dini Komitə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının verdiyi fətvaya əsasən, bayramın özü, bayram namazı və digər məsələlər elan ediləcək...

Poliqon.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

"İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək", - sədr əlavə edib.

Poliqon.info