Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib...

Poliqon - un xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, - M.Qurbanlı əlavə edib.

Poliqon.info