Nazir: “Böyük futbolda işi düzgün qurmamışıq”

Yaxşı lider olmasa, komanda üçün çətindir...

“İdman komandaları rəhbər və menecerdən asılıdırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.

O bildirib ki, komanda rəhbərindən çox şey asılıdır:

“Yaxşı lider olmasa, komanda üçün çətindir. Minifutbol üzrə Avropa çempionatının qalibi olmuşuq. Bütün futbolçular da azərbaycanlılar idi. Bu bizdə alındı. Böyük futbolda isə vəziyyət bir az başqadır. Fikrimcə, burada işi düzgün qurmamışıq”.Nazir qeyd edib ki, digər komanda idman növündə müxtəlif nailiyyətlərimiz var.

Poliqon.info