Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb - Video

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tehran Abdullayev saxlanılıb...

Yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 99-KN-720 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Tehran Abdullayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tehran Abdullayev saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Tehran Abdullayev inzibati qaydada həbs edilib.

Poliqon.info