Almaniya əhalisi son 30 ildə ən böyük artıma sahib olub...

Almaniyanın əhalisi birləşmədən sonra ən böyük illik artımını yaşayıb və 1,3% artaraq 84,4 milyona çatıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatlda bildirilir.

Destatis statistika bürosunun məlumatına görə, 1,12 milyon insan artımı yalnız Almaniyaya köçən əcnəbilərin hesabına olub.

Əsasən Ukraynadan olan qaçqınların hərəkəti hesabına xalis immiqrasiya əvvəlki illə müqayisədə 329,000-dən 1,46 milyona yüksəlib.

Poliqon.info