ABŞ Hindistanla hərbi əməkdaşlığı dərinləşdirəcək...

Narendra Modinin bu həftə Vaşinqtona gözlənilən səfəri zamanı ABŞ rəsmiləri Hindistanın hərbi bazarında Rusiyanın üstünlüyünü azaltmağa çalışacaqlar...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazıb.

Nəşrin yazdığına görə hazırda iki ölkə arasında 31 pilotsuz uçan aparatın satışı üzrə sövdələşmələr, “General Electric” ilə döyüş təyyarələri üçün mühərriklərin birgə istehsalı, həmçinin hərbi innovasiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni təşəbbüs müzakirə olunur.

WP qeyd edir ki, Amerika hələ də Hindistan Ordusunun texnika ilə təchiz edilməsində 1% paya sahibdir və Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin istifadə etdiyi avadanlıq və texnikaların ancaq 4%-i ABŞ istehsalı təşkil edir.

Qəzetin yazdığına görə Hindistana satılan Rusiya silahlarının təxmini dəyəri Amerika silahlarından dörd dəfə çoxdur.

Poliqon.info