Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşüb

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Qazaxıstanın paytaxtı Astanada Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə ediblər. .

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

“Dörd ölkənin XİN rəhbərlərinin mayın 10-da Moskvada keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, iştirakçılar müdafiə nazirlikləri və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən işlərlə koordinasiya ilə Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə etməyə başlayıblar”, - iyunun 20-də Astanada keçirilən görüşün yekunları üzrə yayılmış məlumatda deyilir.

Poliqon.info