Azərbaycanda 55 yaşlı qadını ildırım vurub
Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb...
"Repor"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Poliqon.info